قُلۡ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحۡيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٦٢
Qul inna salātī wanusukī wamahyāya wamamātī lillāhi rabbil-'ālamīn
De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!
Təfsir
Ey Peyğəmbər! De: "Şübhəsiz ki, mənim namazım da, Allahın adını çəkərək - "bismilləh" deyərək - kəsdiyim qurbanım da başqası üçün deyil, yalnız Allah üçündür. Həmçinin, həyatım da, ölümüm də və bunların hamısı bütün məxluqatın tək Rəbbi Allah üçündür və kiminsə bundan heç bir payı yoxdur!".