Al-An'am surəsi, ayə 143

6:143

ثَمَٰنِيَةَ أَزۡوَٰجٖۖ مِّنَ ٱلضَّأۡنِ ٱثۡنَيۡنِ وَمِنَ ٱلۡمَعۡزِ ٱثۡنَيۡنِۗ قُلۡ ءَآلذَّكَرَيۡنِ حَرَّمَ أَمِ ٱلۡأُنثَيَيۡنِ أَمَّا ٱشۡتَمَلَتۡ عَلَيۡهِ أَرۡحَامُ ٱلۡأُنثَيَيۡنِۖ نَبِّـُٔونِي بِعِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٤٣

Thamāniyata azwājim minad-da'nithnayni waminal-ma'zithnayni qul āddhakarayni harrama amil-unthayayni ammashtamalat 'alayhi arhāmul-unthayayni nabbi'ūnī bi'ilmin in kuntum sādiqīn

(Allah, o heyvanlardan) səkkiz cift yaratdı; qoyundan ikisini və keçidən ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb (bu haqda) mənə xəbər verin”.

Təfsir

Allah sizin üçün heyvanları sək­kiz cift yaratdı: erkək və dişi olmaqla qoyundan iki­sini və keçidən iki­sini. Ey Peyğəmbər! Müşriklərə de: "Məğər Uca Allah iki erkəyi sadəcə olaraq erkək olduğuna görə haram etdi?" Əgər onlar: "Bəli"– desələr, onlara de: "Siz nə üçün dişi heyvanları haram edirsiniz?! Yoxsa Allah iki dişi heyvanı sadəcə olaraq dişi olduğuna görə haram etdi?!" Əgər onlar: "Bəli" – desələr, onlara de: "Siz nə üçün erkək heyvanları haram edirsiniz?! Yoxsa Allah qarnında balası olan iki dişinin qar­nındakı balaları səbəbindən haram etdi?!" Əgər onlar: "Bəli" – desələr, onlara de: "Qarnında bala olan heyvanların bəzən erkəyini bəzəndə isə dişisini haram edərək bu hevyanların arasında nə üçün fərq qoruyursunuz? Ey Müşriklər! Bunların haram olmasının Allah tərəfindən olduğu iddanızda doğ­ru danı­şan­lar­sı­nızsa, elə isə düzgün elmə əsas­lanıb bu haqda mə­nə xəbər ve­rin".