Al-An'am surəsi, ayə 130

6:130

يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَقُصُّونَ عَلَيۡكُمۡ ءَايَٰتِي وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ شَهِدۡنَا عَلَىٰٓ أَنفُسِنَاۖ وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ أَنَّهُمۡ كَانُواْ كَٰفِرِينَ ١٣٠

Yāma'sharal-jinni wal-insi alam ya'tikum rusulum minkum yaqussūna 'alaykum āyātī wayundhirūnakum liqā'a yawmikum hādhā qālū shahidnā 'alā anfusinā wagharrathumul-hayawātud-dunyā washahidū 'alā anfusihim annahum kānū kāfirīn

(O gün Allah belə deyəcəkdir:) “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şahidlik etdilər.

Təfsir

Biz Qiyamət günü onlara deyəcəyik: "Ey insan və cin tayfası! Məgər sizə öz nəslinizdən - insan növündən olan - Allahın özlərinə nazil etdiyi ayə­lə­ri sizə xəbər ve­rən və bu günü­nüzlə, Qiyamət günü ilə qarşıla­şaca­ğı­nız ba­rədə sizə xə­bərdarlıq edib, qorxudan elçilər gəl­mə­dimi?" Onlar de­yə­cək­lər: "Əlbətdə gəldi. Bu gün biz, Sənin elçilərin bizi xəbərdar etdiklərinə görə öz əley­hi­mizə şa­hidlik edi­rik, biz bu gün qarşılaşacağımıza şahid olduq, lakin biz bundan əvvəl bizə göndərilən elçiləri və bu gün qarşılaşacağımızı yalan hesab etdik!" Onları dünya hə­­yatının bər-bəzəyi və keçici naz-nemətləri aldat­dı və onlar dünya həyatında Allah və Onun elçilərinə kafir ol­duqları ba­rədə özlərinə qarşı şa­hidlik etdilər. Amma vaxt bitdiyinə görə onların öz əleyhinə şahidlik etməsi və iman gətirmələri onlara heç bir fayda vermədi.