وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا يَٰمَعۡشَرَ ٱلۡجِنِّ قَدِ ٱسۡتَكۡثَرۡتُم مِّنَ ٱلۡإِنسِۖ وَقَالَ أَوۡلِيَآؤُهُم مِّنَ ٱلۡإِنسِ رَبَّنَا ٱسۡتَمۡتَعَ بَعۡضُنَا بِبَعۡضٖ وَبَلَغۡنَآ أَجَلَنَا ٱلَّذِيٓ أَجَّلۡتَ لَنَاۚ قَالَ ٱلنَّارُ مَثۡوَىٰكُمۡ خَٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ ١٢٨
Wayawma yahshuruhum jamī'an yāma'sharal-jinni qadistakthartum minal-insi waqāla awliyā'uhum minal-insi rabbanastamta'a ba'dunā biba'din wabalaghnā ajalanal-ladhī ajjalta lanā qālan-nāru mathwākum khālidīna fīhā illā mā shā'allāhu inna rabbaka hakīmun 'alīm
(Allah) onların hamısını (bir yerə) toplayacağı gün belə deyəcəkdir: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. (Allah) deyəcək: “Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kimsələrdən başqa siz orada əbədi qalacaqsınız”. Həqiqətən, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir.
Təfsir
Ey Peyğəmbər! Allah insanları və cinləri bir yerə toplayacağı gün onlara: "Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu azdırdınız və Allahın yolundan döndərdiniz"- deyəcəyini yadına sal. İnsanlardan onlara tabe olanlar isə Rəbbinə cavab olaraq deyəcəklər: "Ey Rəbbimiz! Bizdən hər biri digərimizdən faydalandıq. Cinlər insanların onlara itaət etməsindən ləzzət aldı, insanlar isə cinlərin onlara xidmət edib istədiklərini etdiklərinə görə cinlərdən fafdalandılar və sonda bizim üçün müəyyən etdiyin vaxta, qiyamət gününə gəlib çatdıq". Allah deyəcək: "Qəbirlərindən dirilib Cəhənnəmə varid olma arasındakı Allahın istədiyi müddət müstəsna olmaqla od sizin əbədi qalacağınız yerdir". Allah yalnız bu müddət ərzində onların odda əbədi qalmayacaqlarını müstəsna etmişdir. Ey Peyğəmbər! Həqiqətən, Rəbbin hər şeyin müqəddəratını müəyyən etmək və işləri idarə etmək xüsusunda hikmət sahibidir, qullarından xəbərdardır və onlardan kimin əzaba layiq olduğunu biləndir.