فَمَن يُرِدِ ٱللَّهُ أَن يَهۡدِيَهُۥ يَشۡرَحۡ صَدۡرَهُۥ لِلۡإِسۡلَٰمِۖ وَمَن يُرِدۡ أَن يُضِلَّهُۥ يَجۡعَلۡ صَدۡرَهُۥ ضَيِّقًا حَرَجٗا كَأَنَّمَا يَصَّعَّدُ فِي ٱلسَّمَآءِۚ كَذَٰلِكَ يَجۡعَلُ ٱللَّهُ ٱلرِّجۡسَ عَلَى ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ ١٢٥
Faman yuridillāhu an yahdiyahū yashrah sadrahū lil-islāmi waman yurid an yudillahū yaj'al sadrahū dayyiqan harajan ka annamā yassa''adu fis-samā'i kadhālika yaj'alullāhur-rijsa 'alal-ladhīna lā yu'minūn
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi də azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənlərə pisliyi (və ya əzabı) beləcə verər.
Təfsir
Allah kimi doğru yola müvəffəq etmək istəsə, onun köksünü İslamı qəbul etməsi üçün açar, kimi də rəzil edib, doğru yola müvəffəq etmək istəməsə, onun köksünü haqqı qəbul etməkdən daraldar və sıxıntılı edər, belə ki, öz ixtiyarı ilə göyə çıxmaqa aciz qaldığı kimi, haqq da onun qəlbinə daxil olmaqa aciz qalar. Allah azğın kimsələrin halını belə bir dar və sıxıntılı hal etdiyi kimi, eləcədə əzabı iman gətirməyən kimsələrə edəcəkdir.