Al-An'am surəsi, ayə 105

6:105

وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ وَلِيَقُولُواْ دَرَسۡتَ وَلِنُبَيِّنَهُۥ لِقَوۡمٖ يَعۡلَمُونَ ١٠٥

Wakadhālika nusarriful-āyāti waliyaqūlū darasta walinubayyinahū liqawmin ya'lamūn

Biz ayələri: “(Həm) sən dərs almısan”– desinlər, (həm də) bilən bir qövüm üçün Onu (Quranı) açıqlayaq deyə beləcə (müfəssəl) izah edirik.

Təfsir

Biz Allahın qüdrətinə dəlalət edən dəlilləri növbənöv etdiyimiz kimi, Cənnət, Cəhənnəm və öyüd-nəsihət barədə olan ayələrimizi də növbənöv etmişik. Müşriklər: "Bu, vəhy deyildir, sən bunu özündən əvvəlki Kitab əhlindən dərs al­mı­san"– deyəcəklər. Biz bu ayələri Muhəmmədin - səllallahu aleyhi və səlləm - ümmətindən olan möminlər üçün növbənöv etməklə insanlara haqqı bəyan edirik. Çünki haqqı qəbul edib, ona tabe olanlar məhz elə onlardır.