لِّيُعَذِّبَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمَۢا ٧٣
Lliyu'addhiballāhul-munāfiqīna wal-munāfiqāti wal-mushrikīna wal-mushrikāti wayatūballāhu 'alal-mu'minīna wal-mu'mināti wakānallāhu ghafūrar rahīmā
(Bu əmanət insana ona görə verildi ki,) Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.
Təfsir
Allahın yazdığı qədərə görə bu əmanət insana ona görə verildi ki, Allah münafiq kişiləri və münafiq qadınları nifaqlarına görə, müşrik kişiləri və müşrik qadınları da Allaha şərik qoşdularına görə cəzalandırsın, habelə, şəri hökmləri əhatə edən bu əmanəti layiqincə daşıyan mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır, onlara rəhm edəndir.