Al-Ahzab surəsi, ayə 34

33:34

وَٱذۡكُرۡنَ مَا يُتۡلَىٰ فِي بُيُوتِكُنَّ مِنۡ ءَايَٰتِ ٱللَّهِ وَٱلۡحِكۡمَةِۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا ٣٤

Wadhkurna mā yutlā fī buyūtikunna min āyātillāhi wal-hikmati innallāha kāna latīfan khabīrā

Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah lütfkardır, (hər şeydən) xəbərdardır.

Təfsir

Evlərinizdə oxunan Alla­hın Öz rəsuluna nazil etdiyi ayə­lə­rini və Rəsulullahın pak sünnəsini yada salın. Hə­qiqətən, Allah sizi Öz peyğəmbərinin ev əhlindən olmağı nəsib etməklə sizə lütf­ göstərmiş, üstəlik, sizi seçib Öz peyğəmbərinin zövcələri və onun ümmətinin möminlərinin anaları etməklə (sizin hər bir işinizdən) xəbərdar­dır.