وَلَقَدۡ كَانُواْ عَٰهَدُواْ ٱللَّهَ مِن قَبۡلُ لَا يُوَلُّونَ ٱلۡأَدۡبَٰرَۚ وَكَانَ عَهۡدُ ٱللَّهِ مَسۡـُٔولٗا ١٥
Walaqad kānū 'āhadullāha min qablu lā yuwallūnal-adbāra wakāna 'ahdullāhi mas'ūlā
Halbuki onlar bundan əvvəl (cihaddan) boyun qaçırmayacaqlarına dair Allaha əhd vermişdilər. Allaha verilən əhd soruşulacaqdır.
Təfsir
Baxmayaraq ki, bu münafiqlər Uhud günü döyüşdən qaçdıqdan sonra; əğər Allah onları başqa bir döyüşə şahid tutarsa düşmənləri ile döyüşəcəklərinə və onlardan qorxub qaçmayacaqlarına dair Allaha söz vermişdilər, lakin verdikləri sözü pozmuşdular. Hər kəs Allaha verdiyi əhd-peymana görə cavabdehdir və buna görə sorğu-sual ediləcəkdir.