Al-Ahzab surəsi, ayə 11

33:11

هُنَالِكَ ٱبۡتُلِيَ ٱلۡمُؤۡمِنُونَ وَزُلۡزِلُواْ زِلۡزَالٗا شَدِيدٗا ١١

Hunālikabtuliyal-mu'minūna wazulzilū zilzālan shadīdā

Orada möminlər imtahana çəkilmiş və şiddətli sarsıntıya məruz qalmışdılar.

Təfsir

Xəndək döyüşündəki o məqamda möminlər düşmənlərinin hücumuna məruz qalaraq sınağa çəkil­miş və qorxudan şiddətli bir sarsın­tıya məruz qalmışdılar. Bu sınaq sayəsində möminlər münafiqlərdən ayırd edilmişdir.