مَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَأَجَلٖ مُّسَمّٗىۚ وَٱلَّذِينَ كَفَرُواْ عَمَّآ أُنذِرُواْ مُعۡرِضُونَ ٣
Mā khalaqnas-samāwāti wal-arda wamā baynahumā illā bil-haqqi wa ajalim musamman walladhīna kafarū 'ammā undhirū mu'ridūn
Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir müddət üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər.
Təfsir
Biz göyləri, yeri və onların arasında olanları əbəs yerə yaratmamışıq, əksinə, bütün bunları ancaq böyük bir hikmətdən ötrü haqq olaraq yaratmışıq. Bunlardan bəzisi budur ki: insanlar bu məxluqata baxıb Allahın varlığını dərk etsinlər, beləliklə də, yalnız Ona ibadət etsinlər, heç bir şeyi Ona şərik qoşmasınlar və yalnız Allahın bildiyi, əzəldən müəyyən edilmiş zamanadək yer üzündə yaşayıb öz tələbatlarını yerinə yetirsinlər. Allaha küfr edənlər isə Allahın kitabında xəbərdar edildikləri şeylərdən üz döndərir və ona məhəl qoymurlar.