Al-Ahqaf surəsi, ayə 25

46:25

تُدَمِّرُ كُلَّ شَيۡءِۭ بِأَمۡرِ رَبِّهَا فَأَصۡبَحُواْ لَا يُرَىٰٓ إِلَّا مَسَٰكِنُهُمۡۚ كَذَٰلِكَ نَجۡزِي ٱلۡقَوۡمَ ٱلۡمُجۡرِمِينَ ٢٥

Tudammiru kulla shay'i bi amri rabbihā fa asbahū lā yurā illā masākinuhum kadhālika najzil-qawmal-mujrimīn

O Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edər!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırırıq.

Təfsir

O, Allahın ona məhv etməsini əmr etdiyi hər bir şeyin üstündən keçərək onu darmadağın edəcək­!” On­lar elə məhv oldular ki, evlərindən başqa heç bir şey gö­rün­mə­di. Bu, özlərindən sonra gələnlərin, onların bundan əvvəl orada yaşadıqlarına şahid olmalarına görə idi. Biz öz küfründə və asiliyində israr edən günahkarları belə ağrılı-acılı əzabla cəzalandırırıq.