فَلَمَّا رَأَوۡهُ عَارِضٗا مُّسۡتَقۡبِلَ أَوۡدِيَتِهِمۡ قَالُواْ هَٰذَا عَارِضٞ مُّمۡطِرُنَاۚ بَلۡ هُوَ مَا ٱسۡتَعۡجَلۡتُم بِهِۦۖ رِيحٞ فِيهَا عَذَابٌ أَلِيمٞ ٢٤
Falammā ra'awhu 'āridam mustaqbila awdiyatihim qālū hādhā 'āridum mumtirunā bal huwa masta'jaltum bihī rīhun fīhā 'adhābun alīm
Nəhayət, onu (əzabı) vadilərinə doğru yönəldiyini gördükləri zaman: “Bu, bizə yağış yağdıracaq bir buluddur!”– dedilər. (Hud dedi:) “Xeyr! Bu, sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!
Təfsir
Nəhayət, tez gəlməsini istədikləri o əzabı, göydə vadilərinə doğru gələn bir bulud şəklində gördükdə dedilər: “Bu, bizə yağış yağdıracaq bir buluddur!” Hud onlara dedi: “Xeyr, bu, heç də sizin güman etdiyiniz kimi yağış yağdıracaq bir bulud deyil. Əksinə, bu, sizin tez gəlməsini istədiyiniz, özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!