Al-Ahqaf surəsi, ayə 10

46:10

قُلۡ أَرَءَيۡتُمۡ إِن كَانَ مِنۡ عِندِ ٱللَّهِ وَكَفَرۡتُم بِهِۦ وَشَهِدَ شَاهِدٞ مِّنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ عَلَىٰ مِثۡلِهِۦ فَـَٔامَنَ وَٱسۡتَكۡبَرۡتُمۡۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ١٠

Qul ara'aytum in kāna min 'indillāhi wakafartum bihī washahida shāhidum mim banī isrā'īla 'alā mithlihī fa'āmana wastakbartum innallāha lā yahdil-qawmaz-zālimīn

(Ey Peyğəmbər!) De: “Bir deyin görək, əgər (bu Quran) Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə (Tövrata) şahidlik edib iman gətirib, siz isə təkəbbürlük göstərmisinizsə (o halda zülm etmiş olmazsınızmı)?! Allah zalım qövmü doğru yola yönəltməz!”

Təfsir

Ey Peyğəmbər! Haqq yalan sayanlara de: “Bir deyin görək, əgər bu Qu­ran Allah tərəfin­dən­dir­sə və siz də onu inkar etmi­si­niz­sə, İsrail oğullarından da bir şahid bu kitab barədə Tövratda varid olan xəbərlərə etimad edərək onun Allahdan nazil olduğuna şa­hidlik edib ona iman gətirib, siz isə ona iman gətirməyə tə­kəbbür göstərmisinizsə, o halda siz zalım sayılmırsınızmı?! Şübhəsiz ki, Allah zalım qövmü haqq yö­nəl­məyə müvəffəq etməz!”