وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٤٩
Wamin kulli shay'in khalaqnā zawjayni la'allakum tadhakkarūn
Düşünüb ibrət alasınız deyə hər şeydən (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
Təfsir
Biz hər şeydən iki sinif - məsələn, erkək və dişi, göy və yer, quru və dəniz yaratdıq ki, bəlkə, hər şeyi cüt yaradan Allahın vəhdaniyyətini və Onun qüdrətini düşünüb ibrət alasınız.