إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمۡتَرُونَ ٥٠
Inna hādhā mā kuntum bihī tamtarūn
Bu, sizin (dünyada ikən) şübhə etdiyiniz əzabdır!
Təfsir
Bu əzab, qiyamət günü vaqe olacağına şəkk etdiyiniz əzabdır. İndi siz onu öz gözlərinizlə görməklə artıq şübhəniz aradan qalxmışdır.