رَّبَّنَا ٱكۡشِفۡ عَنَّا ٱلۡعَذَابَ إِنَّا مُؤۡمِنُونَ ١٢
Rrabbanakshif 'annal-'adhāba innā mu'minūn
(Onlar:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz iman gətiririk”– (deyəcəklər).
Təfsir
Onlar Rəbbinə yalvarıb deyəcəklər: “Ey Rəbbimiz! Bizə göndərdiyin bu əzabı bizdən uzaqlaşdır. Əgər onu bizdən uzaqlaşdırsan, biz Sənə də, Sənin rəsuluna da iman gətirəcəyik”.