ٱذۡهَبُواْ بِقَمِيصِي هَٰذَا فَأَلۡقُوهُ عَلَىٰ وَجۡهِ أَبِي يَأۡتِ بَصِيرٗا وَأۡتُونِي بِأَهۡلِكُمۡ أَجۡمَعِينَ ٩٣
Idhhabū biqamīsī hādhā fa alqūhu 'alā wajhi abī ya'ti basīran wa tūnī bi ahlikum ajma'īn
Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. (Sonra da) bütün ailənizlə birlikdə yanıma gəlin”.
Təfsir
Qardaşları Yusifə atalarının onun üçün ağlamaqdan gözləri kor olduğunu xəbər verdikdə, Yusif köynəyini onlara verib belə dedi: "Bu köynəyimi aparıb atamın üzünə atın ki, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə mənim yanıma gəlin!"