يَٰبَنِيَّ ٱذۡهَبُواْ فَتَحَسَّسُواْ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَاْيۡـَٔسُواْ مِن رَّوۡحِ ٱللَّهِۖ إِنَّهُۥ لَا يَاْيۡـَٔسُ مِن رَّوۡحِ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡكَٰفِرُونَ ٨٧
Yābaniyyadhhabū fatahassasū min yūsufa wa akhīhi walā tay'asū mir rawhillāhi innahū lā yay'asu mir rawhillāhi illal-qawmul-kāfirūn
Ey Oğullarım! Gedin, Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi üzməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidlərini üzərlər”.
Təfsir
Ataları onlara belə dedi: "Ey oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər öyrənin, Uca Allahın qullarından qəm-qüssəni aparmasından və işlərini asanlaşdırmasından ümidinizi əsla üzməyin. Şübhəsiz ki, Allahın, qullarından qəm-qüssəni aparıb və işlərini asanlaşdırmasından ancaq kafir olan bir qövm ümidini üzər. Çünki kafirlər, Allahın qüdrətinin böyüklüyündən bixəbərdirlər və Allahın Öz qullarına olan fəziləti onlara gizlin qalmışdır!"