Yusuf surəsi, ayə 77

12:77

۞ قَالُوٓاْ إِن يَسۡرِقۡ فَقَدۡ سَرَقَ أَخٞ لَّهُۥ مِن قَبۡلُۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفۡسِهِۦ وَلَمۡ يُبۡدِهَا لَهُمۡۚ قَالَ أَنتُمۡ شَرّٞ مَّكَانٗاۖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا تَصِفُونَ ٧٧

Qālū in yasriq faqad saraqa akhul lahū min qablu fa asarrahā yūsufu fī nafsihī walam yubdihā lahum qāla antum sharrum makānan wallāhu a'lamu bimā tasifūn

Onlar dedilər: “Əgər (piyaləni) o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusif bunu öz ürəyində saxlayıb onlara söyləmədi və (öz-özünə): “Siz (Allah yanında) daha pis mövqedəsiniz. Allah sizin nə vəsf etdiyinizi (Yusifi oğurluqda ittiham etmənizi) çox yaxşı bilir”– dedi.

Təfsir

Yusifin qardaşları dedilər: "Əgər o oğurlayıbsa, burada təəccüblü bir şey yoxdur, bundan əvvəl onun qardaşı da oğurluq etmişdi". Onlar bu sözlə Yusifi -Əleyhis-salam- qəsd edirdilər. Yusuf onların söylədikləri bu sözün acısını içində giz­lə­dib onlara büruzə vermədi və öz-özünə: "Siz etdiyiniz həsəd və pis əməllərinizə görə Allah qatında daha pis mövqeydəsiniz. Uca Allah mənə yaxdığınız bu iftiranı daha yaxşı biləndir" – dedi.