وَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرۡجِعۡ إِلَىٰ رَبِّكَ فَسۡـَٔلۡهُ مَا بَالُ ٱلنِّسۡوَةِ ٱلَّٰتِي قَطَّعۡنَ أَيۡدِيَهُنَّۚ إِنَّ رَبِّي بِكَيۡدِهِنَّ عَلِيمٞ ٥٠
Waqālal-maliku'tūnī bihī falammā jā'ahur-rasūlu qālarji' ilā rabbika fas'alhu mā bālun-niswatil-lātī qatta'na aydiyahunna inna rabbī bikaydihinna 'alīm
Hökmdar (bu yozumu eşitdikdə,) dedi: “Onu yanıma gətirin!”. (Hökmdarın göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə (Yusif) dedi: “Ağanın yanına qayıt və soruş ki, əllərini kəsən qadınların məqsədi nə idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini biləndir”.
Təfsir
Yusifin yuxunun yozması hökmdara xəbər verildikdə, hökmdar əyanlarına: "Onu zindandan çıxarıb yanıma gətirin!" – dedi. Hökmdarın göndərdiyi elçi Yusifin yanına gəldikdə, Yusuf elçiyə dedi: "Hökmdar ağanın yanına qayıt və zindandan çıxmazdan əvvəl mənim günahsız olduğumun bilinməsi üçün hökmdardan, əllərini kəsən qadınların qissəsi barədə soruş. Şübhəsiz ki, Rəbbim qadınların məni aldatıb yoldan çıxarmaq üçün qurduqları hiyləni biləndir. Bundan Ona heç bir çey gizli qalmaz!"