Yusuf surəsi, ayə 40

12:40

مَا تَعۡبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسۡمَآءٗ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِ أَمَرَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٤٠

Mā ta'budūna min dūnihī illā asmā'an sammaytumūhā antum wa ābā'ukum mā anzalallāhu bihā min sultānin inil-hukmu illā lillāhi amara allā ta'budū illā iyyāhu dhālikad-dīnul-qayyimu walākinna aktharan-nāsi lā ya'lamūn

Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın qoyduğu adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O sizə yalnız Ona ibadət etmənizi əmr etmişdir. Doğru din budur, lakin insanların çoxu (bunu) bilməz.

Təfsir

Allahdan başqa ibadət etdiyiniz ilahlar, sizin və atalarınızın ilah adlandırdığınız, həqiqətdə isə onların ilahlıqdan heç bir payı olmayan adlardan başqa bir şey deyildir. Uca Allah sizin onları ilah adlandırmanızın doğru olmasına dair heç bir dəlil nazil etməmişdir. Bütün məxluqatın hökmü, sizin və atalarınızın özünüzdən ilah adlandırdığınız ilahların ixtiyarında yox, əksinə, tək olan Allahın ixtiyarındadır. Uca Allah sizə yalnız Ona ibadət etməyi əmr etmiş, Ona şərik qoşmağı isə qadağan etmişdir. Bu, özündə heç bir əyrilik olmayan, doğru din olan, tövhid dinidir. Lakin insanların çoxu bunu bilmirlər. Elə buna görə də Allaha şərik qoşarlar və Allahın bəzi məxluquna ibadət edərlər!