Yusuf surəsi, ayə 32

12:32

قَالَتۡ فَذَٰلِكُنَّ ٱلَّذِي لُمۡتُنَّنِي فِيهِۖ وَلَقَدۡ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ فَٱسۡتَعۡصَمَۖ وَلَئِن لَّمۡ يَفۡعَلۡ مَآ ءَامُرُهُۥ لَيُسۡجَنَنَّ وَلَيَكُونٗا مِّنَ ٱلصَّٰغِرِينَ ٣٢

Qālat fadhālikunnal-ladhī lumtunnanī fīhi walaqad rāwattuhū 'an nafsihī fasta'sama wala'il lam yaf'al mā āmuruhū layusjananna walayakūnam minas-sāghirīn

(Qadın) dedi: “Barəsində məni qınadığınız (oğlan) bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”.

Təfsir

Əzizin arvadı qadınların düşdükləri bu halı görüncə onlara belə dedi: "Onu sevdiyimə görə mənə eyib etdiyiniz gənc oğlan bax bu­dur! Mən onu aldadıb yoldan çıxart­mağa çalış­dım, o isə im­ti­na et­di. Əgər o, bir daha mənim istədiyimi etməzsə, o mütləq zindana atı­la­caq və zəlil­lər­dən ola­caq­dır".