فَٱلۡيَوۡمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنۡ خَلۡفَكَ ءَايَةٗۚ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ عَنۡ ءَايَٰتِنَا لَغَٰفِلُونَ ٩٢
Fal-yawma nunajjīka bibadanika litakūna liman khalfaka āyatan wa inna kathīram minan-nāsi 'an āyātinā laghāfilūn
Biz bu gün bədənini, səndən sonra gələnlərə ibrət olsun deyə, (dənizdən sahilə ataraq) xilas edəcəyik”. Həqiqətən də, insanların əksəriyyəti ayələrimizdən qafildir.
Təfsir
Ey Firon! Biz sənin bədənini dənizdən sahilə çıxarıb, yer üzündə sənin yüksək bir yerdə saxlayacağıq ki, qoy səndən sonra gələnlər səni görüb ibrət alsınlar. Həqiqətən də, insanların çoxu mövcüzələrimizdən, dəlillərimizdən və qüdrətimizdən xəbərsizdirlər və bu barədə heç düşünməzlər.