ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ٦٣
Alladhīna āmanū wakānū yattaqūn
Onlar iman gətirən və (pis əməllərdən çəkinərək) Allahdan qorxan kimsələrdir.
Təfsir
Bu övliyalar, Allaha və Onun elçisi Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) iman gətirən, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxan kimsələrdir.