وَٱلَّذِينَ كَسَبُواْ ٱلسَّيِّـَٔاتِ جَزَآءُ سَيِّئَةِۭ بِمِثۡلِهَا وَتَرۡهَقُهُمۡ ذِلَّةٞۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۖ كَأَنَّمَآ أُغۡشِيَتۡ وُجُوهُهُمۡ قِطَعٗا مِّنَ ٱلَّيۡلِ مُظۡلِمًاۚ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٢٧
Walladhīna kasabus-sayyi'āti jazā'u sayyi'ati bimithlihā watarhaquhum dhillatum mā lahum minallāhi min 'āsimin ka annamā ughshiyat wujūhuhum qita'am minal-layli muzliman ulā'ika ashābun-nāri hum fīhā khālidūn
Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar.
Təfsir
Allah, küfr və asiliklər edərək pis işlər görənlərə axirətdə, etdikləri pisliyin cəzasını yalnız onun misli qədər verər. Onların üzlərini zillət və rəzalət bürüyər. Allah onlara əzab göndərdiyi zaman Allahın əzabından onları qoruya biləcək bir kimsə tapılmaz. Cəhənnəm atəşinin şiddətli hərarətindən və tüstüsündən onların üzləri sanki zülmət gecənin parçalarına bürünər. Belə sifətlərə sahib olan kimsələr Cəhənnəm sakinləridir və onlar orada əbədi qalacaqlar.