Yasin surəsi, ayə 83

36:83

فَسُبۡحَٰنَ ٱلَّذِي بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٨٣

Fasubhānal-ladhī biyadihī malakūtu kulli shay'in wa ilayhi turja'ūn

Əlində hər şeyin hökmü olan (Allah) pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.

Təfsir

Allah, müşriklərin Ona isnad etdiyi acizlikdən uzaqdır, pak və müqəddəs­dir. Hər şeyin mülkü Onun ixtiyarındadır və Allah, onları istədiyi kimi idarə edir. Hər şeyin açarları Onun əlindədir. Siz axirətdə təkcə Onun hüzuruna qaytarı­la­caq­sınız və O sizə əməllərinizin əvəzini verəcəkdir.