Yasin surəsi, ayə 63

36:63

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ ٦٣

Hādhihī jahannamul-latī kuntum tū'adūn

Bu, sizə vəd edilmiş Cəhənnəmdir.

Təfsir

Bu, dünyada etdiyiniz küfrə görə, sizə vəd edilmiş Cəhənnəmdir. O vaxt siz onu görmürdünüz, bu gün isə artıq siz onu öz gözlərinizlə görürsünüz.