كَذَٰلِكَ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ مَا قَدۡ سَبَقَۚ وَقَدۡ ءَاتَيۡنَٰكَ مِن لَّدُنَّا ذِكۡرٗا ٩٩
Kadhālika naqussu 'alayka min ambā'i mā qad sabaqa waqad ātaynāka mil ladunnā dhikrā
Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr (Quran) vermişik.
Təfsir
Ey Peyğəmbər! Biz sənə təskinlik olsun deyə Musa və Fironun və onların qövmlərinin hekayətini xəbər verdiyimiz kimi, beləcə də olub-keçmiş peyğəmbərlərin və onların ümmətlərinin hekayətlərinin də xəbər veririk. Artıq sənə, ibrət almaq istəyən insanların düşünüb, ibrət alması üçün Öz tərəfimizdən Quranı verdik.