إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغۡفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكۡرَهۡتَنَا عَلَيۡهِ مِنَ ٱلسِّحۡرِۗ وَٱللَّهُ خَيۡرٞ وَأَبۡقَىٰٓ ٧٣
Innā āmannā birabbinā liyaghfira lanā khatāyānā wamā akrahtanā 'alayhi minas-sihri wallāhu khayrun wa abqā
Həqiqətən biz, günahlarımızı və sənin bizə məcbur etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman gətirdik. Allahın mükafatı daha xeyirli, cəzası isə daha davamlıdır!”
Təfsir
Həqiqətən, biz keçmişdə etdiyimiz küfr və digər günahlarımızın, bizi sehr öyrənməyə, onunla məşğul olmağa və bu sehrlə Musaya qələbə çalmağa məcbur etdiyinə görə bizi bağışlaması üçün Rəbbimizə iman gətirdik. Allahın mükafatı sənin bizə vəd etdiyin mükafatdan daha xeyirli və Onun cəzası sən bizi hədələdiyin cəzadan daha şiddətlidir!"