قَالُواْ لَن نُّؤۡثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلَّذِي فَطَرَنَاۖ فَٱقۡضِ مَآ أَنتَ قَاضٍۖ إِنَّمَا تَقۡضِي هَٰذِهِ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَآ ٧٢
Qālū lan nu'thiraka 'alā mā jā'anā minal-bayyināti walladhī fataranā faqdi mā anta qādin innamā taqdī hādhihil-hayawātad-dunyā
Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!
Təfsir
Sehrbazlar Firona dedilər: "Ey Firon! Sənə tabe olmağı biz göstərilən açıq-aydın ayələrinə tabe olmaqdan əsla üstün edə bilmərik. Biz heç vaxt səni, bizi yaradan uca Allahdan üstün tutmayacağıq. İndi bizə nə etmək istəyirsənsə et. Sən bizə istədiyini ancaq bu fani dünyada edə bilərsən, onsuz da sənin hökmüranlığın bir gün yox olacaqdır!