Taha surəsi, ayə 134

20:134

وَلَوۡ أَنَّآ أَهۡلَكۡنَٰهُم بِعَذَابٖ مِّن قَبۡلِهِۦ لَقَالُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ مِن قَبۡلِ أَن نَّذِلَّ وَنَخۡزَىٰ ١٣٤

Walaw annā ahlaknāhum bi'adhābim min qablihī laqālū rabbanā lawlā arsalta ilaynā rasūlan fanattabi'a āyātika min qabli an nadhilla wanakhzā

Əgər Biz onları bundan əvvəl (Muhamməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”

Təfsir

Əgər Biz Muhəmməd Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalan sayan bu kafirləri, pey­ğəmbəri göndərmədən və Quranı nazil etmədən öncə əzabla məhv etsəydik, Qiyamət günü onlar etdikləri küfrlərə görə özlərinə bəraət qazandırıb, üzr gətirərək: "Ey Rəb­bimiz! Dünyada ikən bizə bir peyğəmbər göndərsəydin, biz də ona iman edər, əzabından dolayı bizə zə­lillik və rüsvayşılıq isabət etməzdən öncə onun gətirdiyi ayələrə iman edərdik?!" – deyərdilər.