وَأۡمُرۡ أَهۡلَكَ بِٱلصَّلَوٰةِ وَٱصۡطَبِرۡ عَلَيۡهَاۖ لَا نَسۡـَٔلُكَ رِزۡقٗاۖ نَّحۡنُ نَرۡزُقُكَۗ وَٱلۡعَٰقِبَةُ لِلتَّقۡوَىٰ ١٣٢
Wa mur ahlaka bis-salawāti wastabir 'alayhā lā nas'aluka rizqan nahnu narzuquka wal-'āqibatu lit-taqwā
Ailənə namaz qılmağı əmr et, özün də onu (namazı) səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir.
Təfsir
Ey Peyğəmbər! Ailənə namazı vaxtı-vaxtında qılmağı əmr et və sən də onu səbirlə yerinə yetir. Biz səndən özün və ailən üçün ruzi tələb etmirik, əksinə Biz sənə ruzi veririk. Dünyada və axirətdə gözəl sonluq Allahdan qorxub, Onun əmrlərini yerinə yetirərək, qadağalarından çəkinən müttəqilərindir üçündür.