Taha surəsi, ayə 130

20:130

فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ غُرُوبِهَاۖ وَمِنۡ ءَانَآيِٕ ٱلَّيۡلِ فَسَبِّحۡ وَأَطۡرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرۡضَىٰ ١٣٠

Fasbir 'alā mā yaqūlūna wasabbih bihamdi rabbika qabla tulū'ish-shamsi waqabla ghurūbihā wamin ānāy'il-layli fasabbih wa atrāfan-nahāri la'allaka tardā

Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan.

Təfsir

Ey Peyğəmbər! Batil vəsflərlə səni yalanlayanların sözlərinə qarşı sə­bir et. Gü­nəş doğmamışdan öncə fəcir namazında və günəş bat­ma­mış­dan əv­vəl əsir namazında, gecə saatlarında məğrib və işa namazında, günün ilk yarısının bitdiyi zəval vaxtı zöhür namazında və günün ikinci yarısnın bitdyi məğrib namazında Uca Allah qatında razı qaldığın savaba nail olmaq üçün Onun şəninə həmd-sənalar və təriflər de.