Taha surəsi, ayə 103

20:103

يَتَخَٰفَتُونَ بَيۡنَهُمۡ إِن لَّبِثۡتُمۡ إِلَّا عَشۡرٗا ١٠٣

Yatakhāfatūna baynahum il labithtum illā 'ashrā

Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “(Dünyada) cəmi on gün qaldınız!”

Təfsir

Onlar öz aralarında: "Öldükdən sonra bərzəx aləmində cəmi on gün qal­dınız!" – deyə bir-biriləri ilə pı­çıl­daşacaqlar.