وَٱلَّذِينَ سَعَوۡ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مِّن رِّجۡزٍ أَلِيمٞ ٥
Walladhīna sa'aw fī āyātinā mu'ājizīna ulā'ika lahum 'adhābum mir rijzin alīm
Ayələrimizi batil etməyə cəhd göstərənlərə isə ən pis, ağrılı-acılı əzab vardır.
Təfsir
Allahın nazil etdiyi ayələri batil etməyə cəhd göstərib ayələr barədə: "Bu bir sehrdir", habelə, rəsulumuz haqqında da: "O, kahindir, sehrbazdır, şairdir"- deyənlər - bu xislətlərə sahib olanlar qiyamət günü ən pis və ən şiddətli əzaba düçar olacaqlar.