قُلۡ مَا سَأَلۡتُكُم مِّنۡ أَجۡرٖ فَهُوَ لَكُمۡۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٞ ٤٧
Qul mā sa'altukum min ajrin fahuwa lakum in ajriya illā 'alallāhi wahuwa 'alā kulli shay'in shahīd
De: “Mən sizdən bir mükafat istəmişəmsə, o sizin olsun. Mənim mükafatımı ancaq Allah verəcəkdir. O, hər şeyə Şahiddir”.
Təfsir
Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Mən sizi yönəltdiyim doğru yol və xeyir müqabilində sizdən bir savab və ya bir mükafat istəmişəmsə, - əgər bunun əvəzinə bir mükafat veriləcəksə, - qoy o, sizin olsun. Mənim mükafatım isə təkcə Allaha aiddir. Pak və müqəddəs Allah hər şeyə Şahiddir. Allah şahiddir ki, mən sizə təbliğ etdim. O, həmçinin, sizin əməllərinizə də şahiddir və sizə bunun əvəzini verəcəkdir.”