Saba surəsi, ayə 11

34:11

أَنِ ٱعۡمَلۡ سَٰبِغَٰتٖ وَقَدِّرۡ فِي ٱلسَّرۡدِۖ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ١١

Ani'mal sābighātin waqaddir fis-sardi wa'malū sālihan innī bimā ta'malūna basīr

(Sonra buyurduq:) “Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. (Ey Davud ailəsi,) yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”.

Təfsir

Sonra buyurduq: “Ey Davud, düşmənlərinin sənə xəsarət yetirməsindən qorunmaq üçün geniş zirehlər düzəlt və halqaları toxu­duq­da mismarları halqalara uyğun et, nazik etmə ki, yerindən oynamasın, həmçinin, onları qalın da etmə ki, mismarlar ona keçə bilsin. Yaxşı işlər gö­rün! Mən, hə­qi­qə­tən də, sizin nə et­di­yi­nizi görürəm, sizin əməllərinizdən heç bir şey Məndən gizli qalamaz və Mən sizə əməllərinizin əvəzini verəcəyəm.”