Rabbana la tuzigh qulubana

Tərcümə: Azerbaijani Translation - Ali Khan Musayev

3:8

رَبَّنَا لَا تُزِغۡ قُلُوبَنَا بَعۡدَ إِذۡ هَدَيۡتَنَا وَهَبۡ لَنَا مِن لَّدُنكَ رَحۡمَةًۚ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ ٨

Rabbanā lā tuzigh qulūbanā ba'da idh hadaytanā wahab lanā mil ladunka rahmatan innaka antal-wahhāb

Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma. Bizə Öz tərəfindən bir mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.

Təfsir

Dərin biliyə malik olan kimsələr belə deyirlər: "Ey Rəbbimiz! Bizi hida­yət yoluna yönəltdikdən sonra qəl­bi­mi­zi haqdan sapdırma, bizi haqdan sapıb, azan kimsələrdən olmaqdan salamat et. Bizə Öz tə­rə­fin­dən qəlblərimizi hidayətə yönəldən geniş bir mərhəmət bəxş et və onunla bizi zəlalətdən qoru. Ey Rəbbimiz! Hə­qi­qə­tən, Sən bol-bol nemətlər bəxş edənsən!"

3:9

رَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوۡمٖ لَّا رَيۡبَ فِيهِۚ إِنَّ ٱللَّهَ لَا يُخۡلِفُ ٱلۡمِيعَادَ ٩

Rabbanā innaka jāmi'un-nāsi liyawmil lā rayba fīhi innallāha lā yukhliful-mī'ād

Ey Rəbbimiz! Həqiqətən, (gerçəkləşəcəyinə) şübhə edilməyən bir gündə, insanları (bir yerə) cəm edən Sənsən. Həqiqətən, Allah vədinə əsla xilaf çıxmaz!

Təfsir

Ey Rəbbimiz! Həqiqətən, Sən, ger­­çəklə­şəcəyinə şübhə edil­mə­yən bir gündə, in­sanları hesaba çəkmək üçün onları bir yerə cəm edəcəksən. O gün mütləq gələcəkdir bu barədə şəkk-şübhə ola bilməz. Ey Rəbbimiz! Həqiqə­tən, Sən, və­dinə əsla xilaf çıxmazsan!

Oxunuş Qabas tərəfindən ərəb mətnindən yazılmış oxu köməkçisidir. Dəqiq tələffüz üçün ərəb hərflərini və təcvidi öyrənin.

Al-Imran surəsini tam oxuyun

Suallar

Rabbana la tuzigh qulubana Quranda haradadır?

Rabbana la tuzigh qulubana Al-Imran surəsi daxilindədir (3:8-9).