قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا ٥
Qāla rabbi innī da'awtu qawmī laylan wanahārā
(Nuh) dedi: “Ey Rəbbim, mən qövmümü gecə-gündüz dəvət etdim.
Təfsir
Nuh dedi: "Ey Rəbbim! Mən gecə-gündüz davamlı olaraq qövmümü Sənə ibadət etməyə və Sənin təkliyini qəbul etməyə dəvət etdim.