Muhammad surəsi, ayə 38

47:38

هَٰٓأَنتُمۡ هَٰٓؤُلَآءِ تُدۡعَوۡنَ لِتُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبۡخَلُۖ وَمَن يَبۡخَلۡ فَإِنَّمَا يَبۡخَلُ عَن نَّفۡسِهِۦۚ وَٱللَّهُ ٱلۡغَنِيُّ وَأَنتُمُ ٱلۡفُقَرَآءُۚ وَإِن تَتَوَلَّوۡاْ يَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ ثُمَّ لَا يَكُونُوٓاْ أَمۡثَٰلَكُم ٣٨

Hā'antum hā'ulā'i tud'awna litunfiqū fī sabīlillāhi faminkum man yabkhalu waman yabkhal fa innamā yabkhalu 'an nafsihī wallāhul-ghaniyyu wa antumul-fuqarā'u wa in tatawallaw yastabdil qawman ghayrakum thumma lā yakūnū amthālakum

Budur, siz Allah yolunda (malınızdan) xərcləməyə çağırılırsınız. Aranızda isə xəsislik edənlər də vardır. Kim xəsislik etsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə başqa bir qövm gətirər sonra onlar sizin kimi olmazlar.

Təfsir

Budur, siz mal-dövlətinizin cüzi bir hissəsini Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Allah sizdən malınızın hamısını sərf etməyi tələb etmir. İçərinizdə xəsislik edib tələb olunan malı sərf etmək istəməyənlər də vardır. Kim malının bir hissəsini Allah yolunda xərcləməyə xəsislik edərsə, əslində o, özünü Allah yolunda xərcləmək savabından məhrum erdərək an­caq öz əleyhinə xəsislik etmiş olar. Allah Zəngin və sizin (malınızdan Onun yolunda) xərcləməyinizə ehtiyacı yoxdur, sizlər isə Ona möhtacsınız. Əgər İslamdan dönüb küfrə qayıtsanız, O sizi məhv edər və yerinizə sizlər kimi olmayan, Allaha itaət edən başqa bir qövm gətirər.