فَلَا تَهِنُواْ وَتَدۡعُوٓاْ إِلَى ٱلسَّلۡمِ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ وَٱللَّهُ مَعَكُمۡ وَلَن يَتِرَكُمۡ أَعۡمَٰلَكُمۡ ٣٥
Falā tahinū watad'ū ilas-salmi wa antumul-a'lawna wallāhu ma'akum walan yatirakum a'mālakum
(Ey Möminlər!) Zəiflik göstərməyin və üstün olduğunuz halda (kafirləri) sülhə çağırmayın! Allah sizinlədir. O sizin əməllərinizi (əməllərinizin savabını) əskiltməz.
Təfsir
Ey möminlər! Siz düşmənlə üzbəüz gəldikdə zəiflik göstərməyin, onlardan üstün olduğunuz və onlara qalib gələ biləcəyiniz halda, onlar sizi sülhə çağırmazdan əvvəl siz onları sülhə çağırmayın! Allah Öz köməyi və yardımı ilə sizin yanınızdadır. O sizin əməllərinizin savabından heç bir şey əskiltməz, əksinə, sizə əta etdiyi lütfü və fəziləti ilə artırar.