ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لِلَّذِينَ كَرِهُواْ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمۡ فِي بَعۡضِ ٱلۡأَمۡرِۖ وَٱللَّهُ يَعۡلَمُ إِسۡرَارَهُمۡ ٢٦
Dhālika bi annahum qālū lilladhīna karihū mā nazzalallāhu sanutī'ukum fī ba'dil-amri wallāhu ya'lamu isrārahum
Bu onların (münafiqlərin) Allahın nazil etdiyinə nifrət edənlərə (müşriklərə): “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dediklərinə görədir. Allah onların sirlərini bilir.
Təfsir
Onların zəlalətə düşməsi, onlar Allahın Öz rəsuluna nazil etdiyi vəhyə nifrət edən müşriklərə gizlində: “Biz bəzi işlərdə - möminləri döyüşdən yayındırmaq kimi işlərdə sizə itaət edəcəyik” - dediklərinə görə idi. Allah onların saxladıqları sirri və gizlətdiklərini bilir. Heç bir şey Ona gizli qalmaz. Allah bu xəbərlərdən istədiyini Öz Rəsuluna -səllallahu aleyhi və səlləm- bildirər.