Muhammad surəsi, ayə 23

47:23

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمۡ وَأَعۡمَىٰٓ أَبۡصَٰرَهُمۡ ٢٣

Ulā'ikal-ladhīna la'anahumullāhu fa asammahum wa a'mā absārahum

Onlar Allahın lənətlədiyi, qulaqlarını kar, gözlərini də kor etdiyi kimsələrdir.

Təfsir

Yer üzündə fəsad törədəcəkləri və qohumluq bağlarını kəsəcəkləri ehtimal edilən o kimsələr Allahın Öz rəhmətindən uzaqlaşdırdığı, qulaq­larını haqqı eşidib qəbul etməkdən və ona tabe olmaqdan, gözlərini də haqqı görüb ondan ibrət almaqdan məhrum etdiyi kimsə­lərdir.