Maryam surəsi, ayə 93

19:93

إِن كُلُّ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ إِلَّآ ءَاتِي ٱلرَّحۡمَٰنِ عَبۡدٗا ٩٣

In kullu man fis-samāwāti wal-ardi illā ātir-rahmāni 'abdā

Göylərdə və yerdə olanların hamısı Rəhmanın hüzuruna qul olaraq gələcəkdir.

Təfsir

Şübhəsiz ki, Qiyamət günü göylərdə və yerdə olanların - mələklərin, insanların və cinlərin hər biri Rəbbinin hüzuruna boynunu əyərək, zəlil bir halda gə­ləcəkdir.