Maryam surəsi, ayə 75

19:75

قُلۡ مَن كَانَ فِي ٱلضَّلَٰلَةِ فَلۡيَمۡدُدۡ لَهُ ٱلرَّحۡمَٰنُ مَدًّاۚ حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ إِمَّا ٱلۡعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعۡلَمُونَ مَنۡ هُوَ شَرّٞ مَّكَانٗا وَأَضۡعَفُ جُندٗا ٧٥

Qul man kāna fid-dalālati falyamdud lahur-rahmānu maddan hattā idhā ra'aw mā yū'adūna immal-'adhāba wa immas-sā'ata fasaya'lamūna man huwa sharrum makānan wa ad'afu jundā

De: “Qoy Rəhman azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da Qiyamət saatını gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”.

Təfsir

Ey Peyğəmbər! De ki: "Kim azğınlıq içində gəzib-dolaşırsa, Rəhman, onun azğınlığını artırana qədər ona möhlət ver­ər. Dünyada özlərinə vəd edilən əzabı və ya Qiyamətin dəhşətini öz gözləri ilə görüb, şahid olduqda isə onlar kimin mə­qa­mının daha pis, ki­min yardımçısının daha az olduğunu bi­lə­cəklər. Bu onların firqəsidirmi, yoxsa möminlərin firqəsi?"