ثُمَّ نُنَجِّي ٱلَّذِينَ ٱتَّقَواْ وَّنَذَرُ ٱلظَّٰلِمِينَ فِيهَا جِثِيّٗا ٧٢
Thumma nunajjil-ladhīnat-taqaw wwanadharuz-zālimīna fīhā jithiyyā
Sonra Biz müttəqiləri (oddan) xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik.
Təfsir
Nəhayət, İnsanlar bu sirat körpüsünün üzərindən keçdikdə, Biz onlardan Rəbbinin əmrlərini yerinə yetirib, qadağalarından çəkinən kimsələri Cəhənnəmə düşməkdən xilas edərik. Günahlar etməklə özlərinə zülüm edən zalımları isə dizləri üstə çökmüş bir halda orada tərk edəcəyik. Onlar oradan əsla qaçıb canlarını qurtara bilməyəcəklər.