Maryam surəsi, ayə 71

19:71

وَإِن مِّنكُمۡ إِلَّا وَارِدُهَاۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتۡمٗا مَّقۡضِيّٗا ٧١

Wa im minkum illā wāriduhā kāna 'alā rabbika hatmam maqdiyyā

İçinizdən hər kəs oraya varid olacaqdır. (Bu,) Rəbbinin (əzəldən) müəyyən etdiyi qəti bir qərardır.

Təfsir

Ey İnsanlar! Sizdən hər biriniz Cəhənnəmin ortasından qurulmuş sirat körpüsünün üstündən keçəcəkdir. Bu, Allahın əzəl­dən təyin et­diyi qəti bir qərardır. Onun hökmünü kimsə dəyişə bilməz.