يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسۡمُهُۥ يَحۡيَىٰ لَمۡ نَجۡعَل لَّهُۥ مِن قَبۡلُ سَمِيّٗا ٧
Yāzakariyyā innā nubasshiruka bighulāminismuhū yahyā lam naj'al lahū min qablu samiyyā
(Ona belə vəhy olundu:) “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!”
Təfsir
Uca Allah onun duasına cavab verdi və ona: "Ey Zəkəriyya! Biz sənə, səni sevindirəcək bir xəbərlə müjdələyirik. Artıq Biz duanı qəbul etdik və sənə Yəhya adlı bir övlad verdik. Biz bu adı ondan öncə kimsəyə vermədik!" – deyə nida etdi.