Maryam surəsi, ayə 60

19:60

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ شَيۡـٔٗا ٦٠

Illā man tāba wa āmana wa'amila sālihan fa ulā'ika yadkhulūnal-jannata walā yuzlamūna shay'ā

Ancaq tövbə edib iman gətirənlər və saleh əməllər edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar.

Təfsir

Bundan yalnız etdiyi xətalardan tövbə edən və Allaha iman gə­tirib, saleh əməllər edən­ kimsələr müstəsnadır! Bu sifətlərə sahib olan kimsələr, Cən­nətə daxil olacaq və etdikləri əməllərin savabı az olsa belə, savabları əksilməyəcəkdir.